Pedaqoji şuranın növbəti iclası keçirildi

03 dekabr 2018-ci il tarixdə məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək gündəlik məsələlərlə pedaqoji heyəti tanış etdi. IX siniflərdə keçirilən  monitorinq imtahanlarının nəticələri müzakirə edildi. Həmçinin, risk qrupuna daxil olan şagirdlərə təyin edilən əlavə məşğələlərin nəticələri,  ibtidai siniflərdə ana dilinin tədrisi vəziyyətini yoxlamaq məqsədilə dinləyib -anlama və oxuyub - anlama meyarları üzrə monitorinqlərin aparılması, məktəbdə hazırlıq siniflərində tədrisin vəziyyəti və digər cari məsələlər barədə məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi