"Bilik Günü"

15 sentyabr 2025-ci il tarixdə məktəbdə “Bilik günü” tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan  məktəbin direktoru Venera Mustafayeva şagirdləri və müəllimləri yeni tədris ili münasibətilə təbrik etdi və uğurlar arzuladı. Tədbirdə qonaq qismində iştirak edən 20 sentyabr 2023-cü il antiterror əməliyyatları zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan Ceyhun Sadıqovun anası Hüsniyyə Sadıqova çıxışında şagirdlərə yeni tədris ilində uğur dilədi və onların vətənə layiqli vətəndaş kimi yetişməsini arzuladı. Şagirdlərimizin çıxışında vətənə, məktəb illərinə  həsr olunmuş mahnılar ifa olundu, rəqslər və kompozisiyalar  nümayiş etdirildi. Tədbirin davamında təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov da müəllimləri və şagirdləri yeni dərs ili münasibətilə təbrik etdi. Sonda 2025/2026-cı tədris ilinin ilk zəngi çalındı.
Həmçinin, ilk dərslər “Konstitusiya və suverenlik” mövzusuna həsr olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi