Mənim hüquqlarım

15 noyabr 2018-ci il tarixdə məktəbdə "Uşaq hüquqları aylığı" çərçivəsində Vç sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri ilk sözü ilə məktəbin psixoloqu Alxazova Saraxanım açdı. S.Alxazova keçirilən tədbirin uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə  öz töhfəsini verəcəyini bildirdi. Daha sonra məktəbin Azərbaycan dili və dəbiyyat müəllimi Türkan Osmanovanın hazırladığı tədbirdə şagirdlər  "Uşaq hüquqları konvensiyası"nda öz əksini tapan maddələr barədə məlumat verdilər. Həmçinin, səhnəcik nümayiş etdirdilər, mahnılar ifa etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi