Mən hüquqlarımı bilirəm

13 noyabr 2018-ci il tarixdə məktəbdə uşaq hüquqları aylığı çərçivəsində "Mən hüquqlarımı bilirəm" adlı tədbir keçirildi. Məktəbin IId sinif müəllimi Nəcəfli Leyla azyaşlı şagirdləri ilə birlikdə təşkil etdiyi tədbirdə uşaqlar hüquqları barədə bildikləri məlumatları tədbir iştirakçıları ilə bölüşdülər.Video çarx nümayiş olundu. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sülhiyyə Dünyamalızadə çıxış edərək bildirdi ki, dövlətin qayğısı ilə əhatələnmiş uşaqların hüquqlarının qorunması, təmin edilməsi, bu sahədə mövcud olan problemlərin ardıcıl həlli dövlətin daim diqqət mərkəzindədir. Tədbir uşaqların marağına səbəb oldu.