12 Noyabr - Konstitusiya günüdür

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 23 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.Tarixi günlə əlaqədar məktəbdə dəyirmi masa keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Zaur Yusifov açaraq Azərbaycan Respublikasının Konsitutsiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Tarix müəllimi Babayeva Vəfa 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiyanın müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratdığını vurğuladı. Daha sonra video çarx nümayiş etdirildi, şagirdlər Konstitusiyanın maddələri haqqında geniş məlumat verdilər.