Kitabxanaya ekskursiya

18 oktyabr 2018-ci il tarixdə Firudin bəy Köçərli adına Respublika Kitabxanasının Yasamal rayon 1 saylı filialının əməkdaşlarının köməkliyi ilə məktəbimizin Ic sinif şagirdlərinin kitabxanaya ekskursiyası təşkil olundu. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini şagirdlərə və sinif rəhbəri Hidayətova Təranəyə kitabxananın adını daşıyan Firudin bəy Köçərlinin həyat və yaradıcılığı, kitabxananın bütün şöbələri haqqında geniş məlumat verdi. Şagirdlər kitabxananın bütün şöbələri ilə tanış oldular, nağıl otağında “Nağıl saatı”nda iştirak etdilər. Kiçik oxu zalında kitablarla tanış oldular. Uşaqların əksəriyyəti kitabxanaya üzv olub, maraqlandıqları mövzularda kitablar seçib mütaliə etmək üçün götürdülər.