Vətənimdir Azərbaycan

18 oktyabr "Müstəqillik günü" ilə əlaqədar məktəbdə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlandı. Daha sonra önəmli günün tarixi haqqında tədbir iştirakçılarına məlumat verildi. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək "Müstəqillik günü"nün Azərbaycan tarixinin ən mühüm günlərindən biri olduğunu vurğuladı. Tarixi günlə əlaqədar Sabunçu Rayon Gənclər Evi tərəfindən keçirilən rəsm müsabiqəsində qalib gələn şagirdimiz İsrafilova Aydan diplomla təltif edildi. Tədbirin davamında şagirdlərin çıxışında vətənpərvərlik ruhunda şeirlər səsləndirildi, mahnılar ifa olundu, rəqslər nümayiş etdirildi.