Valideyn iclası keçirildi

27 sentyabr 2018-ci il tarixdə şagird nailiyyətlərinin izlənilməsi və valideynlərin təhsilə münasibətinin müəyyənləşdirilməsi, məktəb-valideyn əlaqələrinin gücləndirilməsi və təlimdə geri qalma səbəblərini müəyyənləşdirmək məqsədilə   I-V sinif müəllimləri və I-V siniflərdə təhsil alan şagirdlərin valideynləri üçün iclas keçirildi. Məktəbin direktoru Zaur Yusifov, təlim-təbiyə işləri üzrə direktor müavini Sülhiyyə Dünyamalızadə, ibtidai siniflər üzrə metobirləşmə sədri Vəfa Tağıyeva çıxış etdilər. Dərsliklər, şagirdlərin davamiyyəti, böyük summativ və kiçik summativ qiymətləndirmələrlə  bağlı yeniliklər barədə ətraflı məlumat verdilər. Məktəbdə keçirilən diqonostik qiymətləndirmənin nəticələri valideynlərin nəzərinə çatdırıldı. Zəif nəticə göstərən şagirdlərlə müəllimlərin əlavə məşğələlərin keçirilməsi tapşırıldı. Valideynlər müəllimlərlə görüşdülər. Övladları barədə müəllimlərdən məlumat aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi