Pedaqoji şuranın iclası keçirildi

14 sentyabr 2018-ci il tarixdə mətkəbdə 2018-2019-cu dərs ilinin ilk pedaqoji şurasının iclası keçririldi. İclasda məktəbin direktoru Zaur Yusifov çıxış edərək pedaqoji kollektivi gündəlikdə olan məsələrlə tanış etdi. Daha sonra 2017-2018-ci dərs ilinin və 2016-2017-ci dərs ilinin nəticələri müzakirə edildi və ötən dərs ilində qazanılmış uğurlar barədə məlumat verdi. Cari ildə məktəbə yeni işə qəbul olunan müəllimlər müəllim andı içdilər. Yeni dərs ilinin başlanması ilə əlaqədar pedaqoji kollektivimizi təbrik edirik və onlara uğurlar arzu edirik.