Pedaqoji şuranın iclası keçirildi

05 iyun 2018-ci tarixdə məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi. Pedaqoji şuranın sədri Zaur Yusifov iştirakçıları gündəlik məsələlərlə tanış etdi.  2017-2018-ci ilinin ibtidai siniflərdə təlim-tərbiyə işinin təşkili, proqram materiallarının şagirdlər tərəfindən mənimsənilmə vəziyyəti, BSQ-nin aparılmasına nəzarət (I-XI siniflərdə) fakültativ, fərdi, qrup və dərnək məşğələlərinin təşkilinin vəziyyəti, icbari orta təhsilin yerinə yetirilməsi ilə əlaqədar şagirdlərin hərəkəti, dərslərə davamiyyəti, dərslərdən yayınan şagirdlərlə işin təşkili, şagird biliyinin dövlət standartlarına uyğunluğunun səviyyəsi, şagirdlərin keyfiyyət göstəriciləri seçmə fənlər vasitəsilə şagirdlərin bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsi, Azərbaycan dili və ədəbiyyat , riyaziyyat fənnlərinin tədrisində şagirdlərin idrak qabiliyyətlərinin inkişaf etdirilməsi, məktəbin XIa sinif şagirdi Nəbiyev Şəmsur İlqar oğlunun qızıl medal üçün namizədliyinin verilməsi,  IX sinif risk qrupuna daxil olan şagirdlərlə işin nəticəsi,  mərkəzləşdirilmiş buraxılış imtahanlarına hazırlıq, əvvəlki pedaqoji şura qərarlarının yerinə yetirilməsi, istedadlı şagirdlərin aşkar edilməsi, normativ və digər sənədlərin pedaqoji kollektiv tərəfindən öyrənilməsi  və s. məsələlər müzakirə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi