Böyük summativ qiymətləndirmə keçirilir

Məktəbdə I-XI siniflərdə şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə 2017-2018-ci tədris ilinin II yarımili üçün böyük summativ qiymətləndirmə keçirilməsi prosesinə başlanılmışdır. Test sualları 2 variantda tərtib olunmuşdur və 15 sualdan ibarətdir. Həmçinin, test tapşırıqlarının yoxlanılması üçün komissiya da yaradılmışdır. Şagirdlərimizə uğurlar arzulayırıq.