M.Ə.Sabirin 156 illiyinə həsr olunmuş tədbir

30 may 2018-ci il tarixdə 259 №li məktəbdə böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) anadan olmasının 156 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirildi. Tədbirdə şagirdlərə dahi şair haqqında ətraflı məlumat verilərək bildirildi ki, Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapmışdır. Fikir və məsləkində sabit olan şairimiz Sabir bir dəqiqə durmayıb, diriliyimizin hər bucağını işıqlandırmaqda və yatmışları oyatmaqda idi. Daha sonra şagirdlərin çıxışında M.Ə.Sabir yaradıcılığından nümunələr səsləndirilmiş, səhnəciklər nümayiş olunmuşdur. Şairin şeirlərinə yazılmış mahnılar ifa olunmuşdur.