Azərbaycan Xalq Cümhuriyyəti - 100 il

2018-ci il may ayinin 28-də Müsəlman Şəqrində ilk parlamentli Respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.Qədim və zəngin dövlətçilik ənənlərinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizaminin yenidən qurulduğu bir vaxtda Azərbaycanın yaşadığı parlaq mədəni yükşəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. Azərabycan Xalq Cümhuriyyəti istilaya məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

AXC-nin 100 illiyi ilə əlaqədar məktəbin tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər təşkil olunmuşdur. Məktəbin IVc sinif şagirdlərinin iştirakı keçirilən tədbirlədə şagirdlərin çıxışında şeirlər səsləndirildi, mahnılar ifa olundu. Tədbirlər böyük marağa səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi