Riyaziyyat elmlərin şahıdır

18 may 2018-ci il tarixdə məktəbdə riyaziyyat müəllimlərinin təşkilatçılığı ilə “Riyaziyyat fənlərin şahıdır” adlı tədbir keçirildi. Tədbirin məqsədi şagirdlərdə bu fənnə qarşı marağı daha da artırmaq, bilik səviyəsi ilə fərqlənən şagirdləri üzə çıxarmaqdır. Gecədə şagirdlər riyazi fiqurlar, riyaziyyatın həyatımızdakı rolu haqqında müxtəlif şəkildə məlumatlar verdilər. Həmçinin, mahnılar ifa etdilər. Tədbirin davamında şagirdlər qruplara bölünərək yarış keçirildi. Qalib gələn komanda təltifnamə və hədiyyələrlə mükafatlandırıldılar.