Şagirdlərimizin ekskursiyası

9 may 2018-ci il tarixdə məktəbin IVc sinif şagirdləri 9 May -Qələbə günü münasibətilə ilə Qız qalası, Şirvanşahlar sarayı və İçərişəhər Tarixi Memarlıq Qoruğunda ekskursiyada oldular. Bələdçi tərəfindən şagirdlərə Qız qalasının və Şirvanşahlar sarayının tarixi haqqında ətraflı məlumat verildi. Şagirdlər qədim abidələrdə olan eksponatlarla tanış oldu və İçərişəhər Tarixi Memarlıq Qoruğunun ərazisini gəzdilər. Ekskursiya şagirdlərin marağına səbəb oldu.