Xalqı nicat yoluna aparan dahi

 Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi böyük tarixi şəxsiyyətlərin üzərinə düşür. Bu tarixi şəxsiyyətlər bütün varlıqları ilə doğma vətənə bağlı olurlar. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri   Heydər Əliyevdir. Dünyanın ən qüdrətli simaları sırasına yüksələn ulu öndərimiz ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən ən yaxşı çıxış yolu tapmaq bacarığına malik fenomenal şəxsiyyət kimi hər birimizin qəlbində yaşayır.   Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. 10 may 2018-ci il tarixdə Ulu öndərin anadan olmasının 95-ci il dönümü ilə əlaqədar məktəbin tədbirlər planına uyğun olaraq məktəbin VIc və  XIa  sinif şagirdlərinin iştirakı ilə “Xalqı nicat yoluna aparan dahi” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Zaur Yusifov çıxış etdi. Daha sonra tədbirin fəxri qonağı Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu çıxış edərək ulu öndərlə bağlı təəssüratlarını şagirdlərlə paylaşdı. Tədbirin davamında şagirdlərin çıxışında şeirlər səsləndirildi, mahnılar ifa olundu. Rəqslər nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi