Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur

 Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi böyük tarixi şəxsiyyətlərin üzərinə düşür. Bu tarixi şəxsiyyətlər bütün varlıqları ilə doğma vətənə bağlı olurlar. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri   Heydər Əliyevdir. Dünyanın ən qüdrətli simaları sırasına yüksələn ulu öndərimiz ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən ən yaxşı çıxış yolu tapmaq bacarığına malik fenomenal şəxsiyyət kimi hər birimizin qəlbində yaşayır.   Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. 10 may 2018-ci il tarixdə Ulu öndərin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar məktəbin tədbirlər planına uyğun olaraq məktəbin Ib sinif müəllimi Xudayeva Rəna şagirdləri ilə birlikdə “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı tədbir keçirdi. Tədbirdə azyaşlı şagridlərmizin çıxışında Dahi liderə həsr olunmuş şeirlər səsləndirildi. Vətənpərvərlik ruhunda mahnılar ifa olundu.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi