9 May-qələbə günüdür

XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Bu tarixi qələbənin 73 –cü ildönümü ilə əlaqədar Ic sinfinin müəllimi Gülarə Balayeva sinfi ilə birlikdə “9 May qələbə günüdür” adlı tədbir keçirdi. Azyaşlı şagirdlər vətənpərvəlik rubunda olan şeirlər söylədilər, mahnılar səsləndirdilər. Həmçinin, şagirdlərin çıxışında səhnəcik də nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi