Şuşadır cənnət mənə

Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından bu gün 26  il ötür. Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq iyirmi altı  ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır.  Məktəbin tarix müəllimi Qənbərli Nərmin Vb sinfi ilə birlikdə “Şuşadır cənnət mənə” adlı kompozisiya təqdim. N.Qəmbərli Şuşa şəhərinin tarixi haqqında şagirdlərə ətraflı məlumat verdi. Daha sonra şagirdlərin çıxışında Şuşa şəhərinə həsr olunmuş şeirlər səsləndirildi. Şuşa xanlığı dövrünü əks etdirən səhnəcik təqdim olundu. Sonda Şuşa şəhərinin əsrarəngiz təbiətini, mədəniyyət abidlərləri haqqında məlumat verən videoçarx göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi