IV siniflərdə monitorinq imtahanı keçirildi

Məktəbin fəaliyyət planının 1.1.2.8 bəndinə əsasən, 24 aprel 2018-ci il tarixdə məktəbin IV siniflərində təhsil alan şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə monitorinq imtahanı keçirildi. 1 saat 30 dəqiqə ərzində şagirdlərə 95 sualdan ibarət test kitabçası təqdim olundu. Məktəbin direktoru Zaur Yusifov imtahan keçirilən sinif otaqlarını gəzərək şagirdlərə uğurlar arzuladı.