Oxu günü tədbiri

Şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı məktəbin tədbirlər planına uygun olaraq  19 aprel 2018-ci il tarixdə məktəbin IIIc sinfində xalq şairi Səməd Vurğun yaradıcılığına müraciət edərək bədii kompozisiya hazırlamışdılar.  İlk öncə şagirdlərə S.Vuğunun həyatı və yaradıcılığı barədə ətraflı məlumat verən video çarx nümayiş olundu. Daha sonra şagirdlər şairin dərin bədii gücə malik olan şeirlərindən nümunələr səsləndirdilər. Həmçinin, şagirdlərə şairin öz dilindən səsləndirdiyi şeir də təqdim olundu.  IIIc sinif şagirdləri I Fəxri Xiyabanda ilk xalq şairi adını almış görkəmli ədibimizin abidəsini də ziyarət etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi