Açıq dərs keçirildi

Müəllimlərin səriştəliyi və peşəkarlığı səviyyəsi haqqında məlumatın əldə edilməsi, tədris prosesində müasir təlim metod və texnologiyaların tətbiqi səviyyəsinə yiyələnmə, müstəqillik, dərketmə qabiliyyəti, bacarıq və vərdişlərə yiyələnmə, idrak fəallığı səviyyəsinin öyrəniməsi məqsədilə nümunəvi dərslərin təşkil edilməsi tapşırığı rəhbərlik tərəfindən verilmişdir.
16 aprel 2018-cil il tarixdə informatika müəllimi Həbibova Əminə Activin spire elektron lövhəsindən istifadə edərək VII c sinfində “Say sistemləri” mövzusunda nümunəvi dərs keçdi. Dərsdə məktəbin direktoru və müəllimlər iştirak etdi. Dərs bitdikdən sonra dərsin müzakirəsi həyata keçirildi. Dərsin mərhələləri yüksək səviyyədə qurulmuşdu. Müəllimə əlavə tövsiyələr verildi.