Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası

Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişaf etdirilməsi, istedadlı, xüsusi ilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdlərin aşkar edilməsi məqsədilə 14 aprel 2018-ci il tarixdə V-VI sinif şagirdləri arasında “Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının” ilk məktəb mərhələsi keçirildi. Şagirdlərə iki variantda 25 sualdan ibarət sual kitabçası təqdim olundu. Olimpiadanın ilk turuna nəzarət edən məsul şəxslər əvvəlcədən təlimatla tanış edildilər. Şagirdlərimizə uğurlar arzu edirik.