Aprel döyüşləri-böyük zəfərin başlanğıcı

02 aprel 2018-ci il tarixdə məktəbdə aprel döyüşlərinin ikinci ildönümü ilə əlaqədar IVc sinfinin iştirakı ilə “Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Zaur Yusifov çıxış edərək Qarabağ müharibəsindən, müstəqilliyimizin neçə qanlar bahasına qazanıldığından, işğal olunmuş Qarabağ torpaqlarının tezliklə azad edilib gələcək nəsillərə qalması üçün mübarizə aparılmasından danışdı. Daha sonra aprel döyüşlərində könüllü olaraq iştirak edən Elmar Abbasov da çıxış edərək bildirdi ki, həmin döyüşlərdə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bir daha sübut olundu. Tədbirin davamında şagirdlərin çıxışında vətənpərvər ruhlu şeirlə səsləndirildi, mahnılar ifa olundu, səhnəciklər nümayiş etdirildi. Sonda aprel şəhidlərinə həsr olunmuş videoçarx nümayiş olundu. https://www.youtube.com/watch?v=g1uJJK_tDUI