Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır

“1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı” əsasən, məktəbdə bir sıra anım tədbirləri keçirilmişdir. 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Tədbirlər planına uygun olaraq “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” adlı inşa yazı müsabiqəsi keçirildi. Məktəb kollektivi və şagirdlər tərəfindən “Quba soyqırımı memorial kompleksi” ziyarət olundu. Həmçinin, şagirdlər tərəfindən stendlər hazırlandı. Təşkil olunan dəyirmi masada isə məktəbin direktoru Zaur Yusifov çıxış edərək faciəni törədənləri pislədi. Tarix müəllimi Vəfa Babayeva  “31 mart soyqırımı”nın tarixi barədə şagirdlərə ətraflı məlumat verdi. Daha sonra  şagirdlər soyqırımla əlaqədar öyrəndiklərini dəyirmi masa iştirakçıları ilə bölüşdülər, soyqırıma həsr olunmuş şeirlər səsləndirdilər. Eyni zamanda soyqırım aktını əks etdirən video çarx da nümayiş olundu.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi