Novruz şənliyi

Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənlərimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Bu bayram hər il respublikamızın hər bir bölgəsində qeyd edildiyi kimi bu il də çox yüksək səviyyədə qeyd edilir.  Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramanı qalasında 20 mart 2018-ci il tarixdə möhtəşəm  Novruz şənliyi keçirildi. İcra başçısı Adil Vəliyev cənabları təbdirdə iştirak etdi . Rayonumuzun bir sıra məktəbləri , həmçinin, bizim məktəbimiz də  Novruza aid kompozisiyalarla tədbirə qatılmışdı.  Rayov icra başçısı məktəbizi təmsil edən kompozisiyalara yaxınlaşaraq şagirdimiz Babayeva Məryəmxanımın ifasında Şahnaz təsnifinə qulaq asdı və çox yüksək qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi