Xalça muzeyinə ekskursiya

Xalçaçılıq – kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir. Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Məktəbimizin IVc sinif müəllimi Təranə Hidayətova 24 fevral 2018-ci il tarixdə şagirdlərini Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiyaya apardı. Şagirdlər muzeydə xovlu və xovsuz xalçaların bir çox növləri ilə yaxında tanış oldular. Bələdçi şagirdlərə xalçaların toxunma texnikasını göstərdi və xalçaların toxunmasında və rənglənməsində istifadə olunan alətlərlə, materiallarla tanış etdi.