Xocalı fəryadı

Məktəbin IVc sinif müəllimi Hidayətova Təranə sinif şagirdləri ilə birlikdə Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Xocalı fəryadı” adlı tədbir keçirmişdir. Təbdirdə T.Hidayətova soyqırım barədə şagirdlərə ətraflı məlumat verdi. Daha sonra şagirdlər çıxış edərək faciə qurbanlarına həsr olunmuş şeirlər səsləndirdi, mahnılar ifa etdilər. Həmçinin, faciənin əks olunduğu kadrlardan ibarət videoçarx da nümayiş olundu.