Tarix muzeyinə ekskursiya

Yetişməkdə olan nəslin milli-mənəvi ruhda tərbiyəsi, təlim və tərbiyə işlərinin milli zəmin üzərində qurulması, tariximizin, mədəniyyətimizin, pedaqoji fikrimizin, zəngin mənəvi irsimizin öyrənilməsi əsas amillərdəndir. Bütün bunların gənclərə aşılanmasında və onların dünyagörüşünün formalaşdırılmasında ekskursiyalar böyük əhəmiyyət kəsb edir. Uşaqları müxtəlif muzeylərə, tarixi abidələrin olduğu yerlərə, sərgilərə, şəhərin görməli yerlərinə ekskursiyalara və ya gəzintilərə aparmaq çox səmərəli nəticələr verir. Bu məqsədlə məktəbin IVç sinif müəllimi Məmmədova Səadət şagirdləri tarix muzeyinə ekskursiyaya aparmışdır. Şagirdlər muzeydə H.Z.Tağıyevin ev muzeyi ilə, tarixi eksponatlarla yaxından tanış olmuşlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi