Məzunlarla görüş

09 fevral 2018-ci il tarixdə məktəbdə tələbə adı qazanmış məzunlarla buraxılış siniflərdə təhsil alan şagirdlərin görüşü keçirildi. Görüşdə məktəbin direktoru Zaur Yusifov, müəllimlər Aidə Mirzəbəyova,Pərvanə Hüseyndikova,Tünzalə Əbdülrəhimova çıxış edərək tələbə məzunlara uğurlar arzuladılar. Daha sonra tələbələr çıxış edərək öz təəssüratlarını şagirdlər və müəllim kollektivi ilə bölüşdülər. Qəbul imtahanlarına hazırlaşan XI sinif şagirdlərinə öz tövsiyələrini verdilər.