Kİtabxanaya ekskursiya

Mütaliənin insan həyatında böyük rolu var. Mütaliə şagirdlərin insani duyğularını zənginləşdirir, mənəviyyatına təsir edir. Şagirdlərdə xeyirxahlıq hiss formalaşdırır və söz ehtiyatını artırır. Ona görə də mütaliə vərdişlərini  şagirdlərə kiçik yaşlarından aşılamaq lazımdır. Mütaliə şagirdlərdə tənqidi təfəkkürünün, yaradıcı təfəkkürün, eləcə də nitq mədəniyyətinin formalaşmasına, şagirdlərin sərbəst düşünüb, nəticə çıxarmalarına da kömək edir.

Şagirdlərdə mütaliə vərdişlərini inkişaf etdirmək məqsədilə 07 fevral 2018-ci il tarixdə məktəbin IVç sinif müəllimi Məmmədova Səadət, IVc sinif müəllimi Hidayətova Təranə sinif fəalları ilə birlikdə Balaxanıda yerləşən M.Ə.Sabir adına kütləvi kitabxanaya ekskursiyaya getdilər. Şagirdlər öncə kitabxanada qeydiyyatdan keçib, üzv oldular. Azərbaycan ədəbiyyatına aid kitablar götürdülər. Sonra isə kitabxana ilə tanış oldular. M.Ə.Sabirin muzey-sərgisinə tamaşa etdilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi