Xalqın Mübariz oğlu

07 fevral 2018-ci il tarixdə məktəbdə Milli Qəhrəman Mübariz İbrahimovun anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə şagirdlərimiz Milli Qəhrəmanın həyatı, döyüş yolu barədə məlumat verdilər. Vurğulandı ki,
Vurğulandı ki, Mübariz bütün mənəvi-fiziki imkanlarını səfərbər edərək Azərbaycan döyüşçüsünün çağdaş qəhrəmanlığının timsalı oldu. O, düşmənə göstərdi ki, nə qədər gec deyil torpaqlarımızdan çəkilməlidir, yoxsa, onu buna məcbur edəcək oğullarımız var. O, torpaqlarımızda ağalıq edən yağının haqsızlığını və gücsüzlüyünü göstərmək üçün Azərbaycan oğullarının içərisindəki nifrət, intiqam alovunu onların üstünə püskürdü. Mübariz Azərbaycanın oyanmış vulkana çevrilməkdə olduğunu göstərdi. Düşmənlər bu vulkanın qarşısında məhvə məhkumdur. Daha sonra şagirdlərin çıxışında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.