Məzunumuzun uğuru

2012-2013-cü tədris ili üçün I ixtisas qrupu üzrə qəbul imtahanlarında yüksək bal toplamış məzunumuz Əlizadə Könül Hilal qızı (642 bal – Neft Qaz mühəndisliyi) Bakı Ali Neft Məktəbini seçərək həmin təhsil müəssisəsini uğurla başa vurmuşdur. Hal-hazırda Bakı Ali Neft Məktəbində Neft-qaz mühəndisliyi ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirir.
Məzunumuzun bu uğurunu diqqətdə saxlayan və məktəbimizə təşəkkür məktubu göndərən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov cənablarına öz dərin minnətdarlığımızı bildiririk.
Biz əminik ki, Bakı Ali Neft Məktəbinin rektoru cənab Elmar Qasımovun tələbələrə diqqət və qayğısı gələcəkdə şagirdlərimizin bu təhsil ocağının tələbəsi olmaq marağını artıracaqdır.