Narkomaniya əsrin bəlasıdır

25 yanvar 2018-ci il tarixdə məktəbdə narkomaniyaya, zərərli vərdişlərə, hüquqa zidd əməllərə qarşı mübarizə mövzularında maarifləndirici tədbir keçirildi. Tədbirdə məkəbin direktoru Zaur Yusifov, Bakı şəhəri Baş polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı polis mayoru Kəmalə xanım, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı polis kapitanı Pərviz Məmmədov, Sabunçu RPİ-nin YYÇPİTB-nin baş inspektoru polis mayoru Asif Məlikov çıxış etdilər. Çıxış edənlər mövzu ilə bağlı məktəblilərə mühazirələr oxudular, zərərli vərdişlərin insan orqanizmində törətdiyi fəsadlar barədə ətraflı məlumat verdilər. Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırdılar. Bu mövzuda keçirilən görüşlərə görə məktəb kollektivi adından Sizə minnətdarlığımızı bildiririk.