"20 Yanvar" faciəsilə bağlı anım tədbiri

19 yanvar 2018-ci il tarixdə məktəbdə “20 Yanvar faciəsi”nin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Tədbirdə giriş sözü ilə məktəbin direktoru Zaur Yusifov çıxış etdi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Z.Yusifov çıxışın vurğuladı ki,  20 Yanvar faciəsi tarixə qara hərflərlə yazılan, lakin Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda  mübarizə zirvəsi kimi qeyd olunan bir faciədir. Həmiçinin, tədbirdə iştirak edən Din tarixi muzeyinin əməkdaşları, muzeyin direktoru M.Babayeva çıxışlarında faciənin Azərbaycanın xalqının tarixində  nə qədər ağrılı bir hadisə olsa, bir o qədər qürurverici olduğunu bildirdilər. Məktəbin tarix müəllimi Vəfa Babayeva çıxış edərək, faciənin tarixi barədə ətraflı məlumat verdi. Daha sonra şagirdlərin çıxışında şəhidlərə həsr olunmuş şeirlər söylənildi, vətənpərvərlik ruhunda mahnılar ifa olundu. Həmçinin, azyaşlı şagirdlərin çıxışında səhnəciklər nümayiş etdirildi. Şagirdlərimiz Balaxanı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını da ziyarət etdilər. https://www.youtube.com/watch?v=N2eDHI389-c

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi