Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il

29 dekabr 2017-ci il tarixdə məktəbdə “Dünya azərbaycanlılarının həmrəliyi günü” və “Yeni il” münasibətilə təbdir keçirildi. Tədbirdə həmrəlik gününün tarixi barədə şagirdlərə məlumat verildi. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək bayram münasibətilə şagirdləri və kollektivi təbrik etdi. Həmçinin, pedoqoji fəaliyyətində fərqlənən müəllimlər müxtəlif nominasiyalar üzrə fəxri fərmanlarla təltif olundular. Tədbirin davamında şagirdlərin çıxışında mahnılar ifa olundu, səhnəciklər, rəqslər nümayiş etdirildi.