Dəyirmi masa keçirildi

12 dekabr 2017-ci il tarixdə məktəbdə Ulu öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə dəyirmi masa təşkil edildi. İlk öncə himn oxundu. Ardınca Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin direktoru Zaur Yusifov, məktəbin tarix müəllimi Rəşad Mayılov ulu öndərin həyat yolundan mühazirə söyədilər. Mühazirədə yenidən müstəqilliyini əldə edən Azərbaycana Heydər Əliyev kimi müdrik lider, uzaqgörən siyasətçinin, mahir dövlət xadiminin rəhbərlik etməsi dövlətçilik tarixində öz əhəmiyyəti ilə seçilməsi vurğulandı. Eyni zamanda “Əsrin müqaviləsi” adlı tarixi sənədin imzalanması, Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin işə düşməsinin Azərbaycan dövlətinin inkişaf etdirilməsində və onun yüksək təhlükəsizliyinin təmini üçün uğurlu tədbirlərin həyata keçirilməsində rolundan danışıldı.
Daha sonra şagirdlər dahi liderin həyat və fəaliyyəti haqqında məlumat verdilər, şeirlər səsləndirdilər. Video çarx nümayiş olundu. Həmçinin, şagirdlərin çıxışında ulu öndərə həsr olunmuş mahnı ifa olundu.