Müəllimlər üçün iclas

04 dekabr 2017-ci il tarixdə məktəbin direktoru Zaur Yusifov ibtidai sinif müəllimləri ilə iclas keçirtdi. İclasda müəllim şagird münasibətlərinin təhlili, şagirdlərdə məntiqi təfəkkürün formalaşdırılması , I-IV siniflərə əməli yazıların, inşa, esseləri n yazılması kimi məsələlər müzakirə olundu. Eyni zamanda, yanvar ayında keçiriləcək II, III, IV siniflər arasında ana dili, riyaziyyat və həyat bilgisi fənləri üzrə məktəbdaxili olimpiadaların təşkili məsələlərinə də toxunuldu və komissiya təşkil edildi. Komissiyaya rəhbərlik direktorun təlim-tərbiyə işləri üzrə direktor müavini S.Dünyamalızadəyə tapşırıldı.