Fənn olimpiadası və monitorinq imtahanı keçirildi

02 dekabr 2017-ci il tarixdə məktəbdə ayrı-ayrı fənlər üzrə təfəkkürü ilə fərqlənən şagirdlərin aşkar edilməsi, onların potensial imkanlarının nəzərə alınaraq inkişafının təşkil edilməsi istiqamətində tədbirlərin davamı kimi IX, X, XI siniflərdə fənn olimpiadaları keçirildi.
Həmçinin, VIII siniflərdə bütün tədris fənləri üzrə məktəbdaxili qiymətləndirmə həyata keçirildi. Şagirdlərə 100 test sualı təqdim olundu.
Olimpiada və monitorinq imtahanları çox yüksək səviyyədə həyata keçirildi. İştirak edən bütün pedaqoji kollektivə minnətdarlığımızı bildiririk.