Mənim rəngli dünyam adlı rəsm müsabiqəsi

30 noyabr 2017-ci il tarixdə məktəbdə şagirdlərin estetik zövqün formalaşdırılması, bu fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi məqsədilə “Mənim rəngli dünyam” adlı rəsm müsabiqəsi keçirildi. Münsiflər heyəti qismində məktəbin direktoru Zaur Yusifov, 259 №li tam orta məktəbin rəsm müəllimi Mehriban Vəliyeva, həmçinin, Balaxanı Mədəniyyət Evinin rəsm müəllimi Səidə Mayılova, 4№li tam orta məktəbin rəsm müəllimi Tahir Ələkbərli iştirak edirdi. Məktəb üzrə müxtəlif siniflərdən olan şagirdlər maraqlı rəsmlər təqdim etdilər. Sonda fərqlənən şagirdlər fəxri fərman və hədiyyələrlə təltif olundular.