Mən hüquqlarımı bilirəm

15 noyabr 2017-ci il tarixdə məktəbdə “Uşaq hüquqları aylığı” və 12 noyabr “Konstitusiya günü” ilə bağlı “Mən hüquqlarımı bilirəm” adlı dəyirmi masa keçirilmişdir. Dəyimi masada məktəbin direktoru çıxış edərək bildirdi ki, Uşaq Hüquqları Konvensiyası uşaq hüquqları sahəsində qəbul edilmiş sənədlərlə müqayisədə ən dolğun və bu hüquqların beynəlxalq hüquq normaları qüvvəsinə mindirildiyi ilk sənəddir. Ümumilikdə isə, insan hüquqlarının təmin olunması hər bir dövlətin demokratiya yolu ilə inkişaf etdiyinin ən mühüm göstəricisidir. Azərbaycanda da bu prinsiplər dövlət səviyyəsində tanınır, tətbiq edilir və daim təkmilləşdirilir. Azərbaycan Respublikasının Konstitusiyasında uşaqların hüquq və mənafeyi müdafiə olunur, bu hüquqlara dövlət tərəfindən təminat verilir. Həmçinin, şagirdlər də çıxış edərək mövzu ətrafında biliklərini dəyirmi masa iştirakçılarına çatdırdılar. Daha sonra video çarx nümayiş olundu və şagirdləri maraqlandıran suallar cavablandırıldı.