Bizim bayrağımız qürur mənbəyimizdir

08 noyabr 2017-ci il tarixdə məktəbdə “09 Noyabr-Bayraq günü”nə həsr olunmuş “Bizim bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirildi. Tədbirdə çıxış edənlər qürurverici günün yaranma tarixindən bəhs etdilər. Giriş sözü ilə məktəbin direktoru çıxış etdi. Həmçinin, Din Tarixi Muzeyindən nümayəndələr də iştirak etdilər. Muzeyin direktoru Münəvvər xanım çıxış edərək “Bayraq günü” barədə şagirdlərə məlumat verdi. Tədbirin davamında şagirdlərin çıxışında bayrağa həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa olundu, rəqslər nümayiş etdirildi.