"Azərbaycan-Yurdum mənim"

18 oktyabr 2017-ci il tarixdə məktəbdə Azərbaycanın Dövlət Müstəqilliyi günü qeyd olundu. Tədbirin girişində Müstəqillik gününün tarixi haqqında məlumat verildi. Həmçinin, qeyd olunan tarixi günlə əlaqədar “Azərbaycan –yurdum mənim!” adlı şeir müsabiqəsi təşkil olunmuşdur. Şagirdlərin çıxışında Azərbaycan haqqında şeirlər səsləndirilmiş. Qaliblər müəyyən edilmiş və fəxri fərmanla təltif olunmuşlar.