"Son zəng" tədbiri

14 iyun 2017-ci il tarixdə məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru F.Rzayeva, RİH-nin nümayəndəsi F.Vəliyev, Balaxanı qəsəbə İcra nümayəndəliyinin işçisi A.Mərdanova çıxış edərək məzunları keçirilən tədbirlə əlaqədar təbrik etmiş və onlara gələcək həyatlarında uğurlar diləmişlər. Tədbirin davamında şagirdlərin ifasında məktəb illərinə həsr olunmuş şeirlər səsləndirilmiş, mahnılar ifa olunmuş, rəqslər nümayiş etdirilmişdir. Məzunlar üçün tədbirin yekununda son zəng çalınmışdır.