Narkomaniya əsrin bəlasıdır

26 aprel 2017-ci il tarixdə məktəbdə Sabunçu Rayon Polis İdarəsinin təşkilatçılığı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin birinci müavini Güloğlan Məmmədov, Sabunçu RPİ-nin rəisi Eldar İlyasov, həkim-narkoloq Asif Kəngərli, DİN-nin mətbuat xidmətinin əməkdaşı Hafiz Təmirov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimə dəstək mərkəzinin baş metodisti Tahirə Qədimova iştirak etdilər. Çıxışlarında bildirdilər ki, uşaqların zərərli vərdişlərdən mühafizəsi üçün hüquq mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyəti zəruridir. Narkomaniya ilə mübarizədə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmələrin bu sahədə daha da maarifləndirilməsi, onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaq. Bildiyimiz kimi , bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır. Tədbirdə şagirdlərin iştirakı ilə səhnəcik nümayiş olundu. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi