Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub

24 iyun 2025-ci il tarixdə Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə müxtəlif fənlər üzrə yüksək nəticə göstərmiş şagirdlər təltif olunmuşdur. Sevindirici haldır ki, məktəbimizin 11c sinif şagirdi Nigar Nəbiyeva kimya fənni üzrə bürünc medal qazanaraq Respublika Fənn Olimpiadasında III yerə layiq görülmüşdür.
Şagirdimizi bu nailiyyət münasibətilə təbrik edir, ona gələcək təhsil və fəaliyyətində daha böyük uğurlar arzulayırıq!