Son zəng

14 iyun 2025-ci il tarixdə məktəbdə "Son zəng" tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümumilli lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin həyətində təşkil olunan tədbirdə XI sinif şagirdləri məktəblə vidalaşaraq yeni bir həyata qədəm qoydular.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva çıxış edərək məzunları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı. O, vurğuladı ki, bu məktəbdə qazandıqları bilik və dəyərlər onların həyat yolunda möhkəm təməl olacaq. Daha sonra buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərə təltifnamələr təqdim olundu.
Tədbirdə həmçinin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, Balaxanı Kənd Ağsaqqallar Şurasının sədri Hacı Həsən və Balaxanı bələdiyyə sədri Səkinə Kərimova da çıxış edərək şagirdlərə öz dəyərli tövsiyələrini və xoş arzularını çatdırdılar.
Məzunlar üçün yaddaqalan olan bu gün musiqili-ədəbi kompozisiyalarla, rəqslərlə və şagirdlərin duyğulu çıxışları ilə yadda qaldı. Tədbirin sonunda buraxılış siniflərinə uğurlar arzulanaraq simvolik son zəng çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi