Sərgi təşkil olundu

03 iyun 2025-ci il tarixdə "Suveren dövlətin ekoloji dəyərləri" layihəsi çərçivəsində təbiəti qorumaq və şagirdlərdə yaradıcılıq bacarıqlarını inkişaf etdirmək məqsədilə şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olundu. Biologiya müəllimi Yeganə Əliyevanın rəhbərliyi ilə şagirdlər bitki toxumları və məişət tullantılarından istifadə edərək “Təbiətdən incəsənətə” mövzusunda müxtəlif əl işləri hazırladılar .
Hazırlanmış əl işləri məktəbin foyesində nümayiş etdirildi, sərgi şagirdlər və müəllimlər tərəfindən böyük maraqla qarşılandı.
Sərgidə təqdim olunan əl işləri müəllimlər tərəfindən qiymətləndirildi, keçirilən səsvermə nəticəsində fərqlənən şagirdlər təltifnamə ilə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi