"Suveren dövlətin ekoloji dəyərləri"

04 iyun 2025-ci il tarixdə "Suveren dövlətin ekoloji dəyərləri" layihəsi çərçivəsində 5ç sinif şagirdlərinin iştirakı ilə “Bir ağacın yuxusu” adlı maarifləndirici tamaşa nümayiş etdirildi.

Tamaşa məktəbin biologiya müəllimi Vəsilə Muradlının rəhbərliyi ilə hazırlandı. Layihənin əsas məqsədi şagirdlərdə təbiətə sevgi və ekoloji məsuliyyət hissinin aşılanması, onların ətraf mühitin qorunması ilə bağlı maarifləndirilməsidir.

Tədbirdə məktəbin direktoru Venera Mustafayeva çıxış edərək bu cür layihələrin gənc nəslin ekoloji biliklərinin formalaşmasında mühüm rol oynadığını vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi