"Balaca xəzinələr"

02 iyun 2025-ci il tarixdə məktəbdə "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə əlaqədar "Balaca xəzinələr"adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi başladı. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin 3b sinif müəllimi Təranə Ağabəyovanın təşkil etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva çıxış edərək şagirdləri əlamətdar gün münasibətilə təbrik etdi, onlara uğurlar və xoşbəxt gələcək arzuladı.
Tədbirdə qonaq qismində 44 günlük Vətən müharibəsi şəhidi Həmid Abbasbəylinin anası Gülnarə xanım Məmmədova və Vətən müharibəsi qazisi Ülvi Qədir çıxış edərək uşaqlara gələcəkdə yaxşı təhsil almağı, layiqli vətəndaş kimi ölkəmizi dünya miqyasında tanıtmağı,vətənpərvər olmağı arzuladılar. Tədbirin davamında 3b sinif şagirdlərinin çıxışında şeirlər, mahnılar səsləndirildi, rəqslər nümayiş olundu.